İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın yeni Əfqanıstan strategiyasında özünə göstərilən Qərb tərzdə paltarlar geyən Əfqan qadınlarının yer aldığı bir fotonun da təsirli olduğu ifadə edildi.
ABŞ mediasında yer alan xəbərdə, Milli Təhlükəsizlik Müşaviri HR Mcmasterın, Trumpı Əfqanıstana əlavə əsgər göndərmə mövzusunda inandırmaq üçün Əfqanıstanın paytaxtı Kabildə 1972-də çəkilmiş mini ətək geyinən qadınların da yer aldığı ağ-qara şəkli göstərdiyi bildirilib.
Xəbərdə, müşavir Mcmasterın, Trumpı bir vaxtlar Əfqanıstanda mövcud olan Qərb tərzdə həyatın ölkəyə təkrar gətirilə inandırmaq üçün şəkli göstərdiyi qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump, dünən Virciniyadakı Fort Myer Hərbi Bazasında çıxış edərkən ABŞ-ın Əfqanıstandan sürətli bir şəkildə çəkilməsinin \”proqnozlaşdırmaq və qəbul edilməz\” nəticələrini qarşısını almaq üçün mübarizə davam etməsi lazım olduğunu açıqlamışdı.
Çıxışında birlik sayı və ya hərbi fəaliyyət planı haqqında təfərrüat verməyən Trump, Əfqanıstanda meydançadakı vəziyyətə görə hərəkət edəcəklərini bildirmişdi. Trump, \”Əfqanlar, öz millətini inşa edəcək və öz gələcəyini müəyyənləşdirəcək. Onların uğurlu olmasını istəyirik\”-ifadəsini işlətmişdi.
Digər tərəfdən, Trump, əvvəllər Twitter hesabında Əfqanıstanın \”ümidsiz hal\” olduğu şərhi vermiş və keçmiş Prezident Barak Obamanın bu ölkəyə əlavə əsgər göndərmə qərarını tənqid etmişdi.
İnterpress.az