İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Hacıqərvənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın və hamamın yanar konstruksiyaları 40 m2 sahədə yanmışdır.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az