İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın Twitter hesabının şiddət və nifrət məzmunlu bölgülərinə baxmayaraq qapadılmaması ilə başlanan ianə kampaniyasında 10 min dollara yaxın pul toplanıb.
Keçmiş MKİ agenti Uilson, \”www.gofundme.com\” saytında \”Gəlin, Twitterı satın alaq və Trumpı qadağan edək\” (Lets #buytwitter and #bantrump) başlığı ilə verdiyi ianə səhifəsində kampaniyasına bu ifadələrlə dəstək istədi:
\”Donald Trump, Twitterda dəhşətli şeylər etdi. İrqçilərə cəsarət verməkdən, jurnalistlərə qarşı zorakılığı təşviq etməyə qədər gedən tweet, bu ölkəyə zərər verir və insanlarını riskə məruz qoyur. Buna qarışın, Şimali Koreya gerçək bir nüvə döyüş təhlükəsində olması işləri çox təhlükəli səviyyəyə gətirdi. Artıq onu susdurmağın zamanı\”.
Twitter-in bütün çağırışlara baxmayaraq Trumpın hesabını bağlamadığını qeyd edən Uilson, xalqa açıq olan şirkətin səhmlərini satın alaraq idarəetmədə söz hüququ qazanmağın bu məqsədə çatmasını təmin edəcəyini ifadə etdi.
Qeyd olunur ki, Uilsonun Twitteri satın ala bilməsi üçün 1 milyard dollardan çox ianə toplaması lazımdır.
\”Ağ ev\” Saray Mətbuat Sözçüsü Sarah Sanders isə verdiyi yazılı açıqlamada, ianə kampaniyasını\” absurd bir təşəbbüs\” kimi səciyyələndirdi.
Amerikalıların Trumpın Twitterı istifadə olunmasını sevdiyini müdafiə edən Sanders açıqlamasında \”Bu prosesdəki tək hörmətsizlik, nifrət və dözümsüzlük, Uilsonun Trumpın konstitusiya hüququnu əlindən almağa yönəlmiş absurd cəhdidir\”-İfadələrini istifadə etdi.
İnterpress.az