Ofisini siçanlar basan Nigeriya Prezidenti Muhammadu Buxari evdən çalışacaqbackend

Ofisini siçanlar basan Nigeriya Prezidenti Muhammadu Buxari evdən çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Prezidenti Muhammadu Buxarının 3 ay müddətinə evindən çalışacağı açıqlanıb. Buxarının ofisini siçanlar basıb.

Buxari, sağlamlıq problemlərindən sonra müalicə üçün gəldiyi İngiltərədə üç ay qaldıqdan sonra keçən həftə ölkəsinə qayıtmışdı.

Nigeriya Hökumət Sözçüsü, Qərbə Shehu Buxarının yoxluğunda ofis mebelləri və ventilyasiya sisteminə siçanlar tərəfindən zərər vurulduğunu açıqlayıb.

BBC-yə danışan Shehu, Buxarının evinin lazımi avadanlığa malik olduğu və evindən mükəmməl bir şəkildə çalışacağını deyib.

Nigeriyaya geri qayıdan Buxari, ilk çıxışında sağlamlığından bəhs etməmişdi.

Bəzi Nigeriyalılar, uzun müddətin müalicəsi üçün Buxarının ölkəni idarə etməyəcək vəziyyətdə olduğunu irəli sürərək istefasını tələb edir.

Bəziləri isə Buxarının sağlamlıq probleminin nə olduğunu izah olunmamasına reaksiya göstərir.
Buxari ilk olaraq iyul 2016-da Londona müalicə üçün gələrkən sağlamlıq problemi davam edən bir qulaq infeksiya olaraq açıqlanmışdı. Bu ilin yanvar və may aylarında isə açıqlanmayan sağlamlıq problemləri səbəbiylə Buxari yenidən Londona gəlib.

Müxalif siyasətçilər Buxarının prostat xərçəngi müalicə gördüyünü irəli sürsə də Buxari bu iddiaları təkzib etdi.

BBC-nin Fokus on Africa proqramına danışan Hökumət Sözçüsü Shehu, Buxarının sağlamlıq problemləri ilə bağlı bunları söylədi:

\”Buharinin səhhətilə bağlı narahatlıq edəcək heç bir şey yoxdur. Gördüyümüz kimi qarşımızda yeni bir Buxarı var: Fəal, cəmlənmiş və sağlam. Artıq yaxşılaşıb, bu üzdən səhhətilə bağlı danışacaq bir şey yoxdur\”.

İnterpress.az