İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı Salman Ben Abdelaziz, Mərakeşdəki 1 aylıq tətilində 100 milyon dollar xərclədi. Bu miqdar, Mərakeşin illik turizm gəlirlərinin yüzdə 1,5-ə bərabər.
1000 nəfərlik heyətlə gedilən tətildə Kral Salman 74 hektar bir ərazidə qalıb.
Kralın işçiləri, nazirləri, müşavirləri, qohumları və təhlükəsizlik personalı də 1 aylıq istirahət üçün şəhərin ən bahalı otellərindən birini bağlayıb.
Şəxsi heyət üçün təxminən 800 otaq saxlanılan tətildə, Kral ilə birlikdə gələn nümayəndə heyətində olan vasitələr istisna olmaqla 200 maşın icarəyə götürdüyü qeyd olunub.
Səudiyyə Ərəbistanı Kralı Salman Ben Abdelaziz, tətil üçün getdiyi Mərakeşin Tanca şəhərindəki iqamətgahında Mərakeş Kralı 6-ci Məhəmməd ilə də görüşüb.
İnterpress.az