İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqə təşkilatçıları bu qərarı, finaldan 1 həftə sonra aldı. Rəsmi açıqlamada, \”(İsrail) səfəri ölkəmizin qanunlarına zidd\” dedi.
Livan vətəndaşlığından başqa, İsveç pasportuna da malik olan Xanına, bu pasportla ötən il işğuzar məqsədlə İsraili ziyarət etmişdi.
Livan və İsrail, 2006-dan bu yana böyük qarşıdurmalar yaşamasa da texniki olaraq müharibə vəziyyətindədirlər.
Livanda, 1955-dən bu yana, humanitar və mədəni dəyişikliklər, o cümlədən İsrailin bütün məhsul və xidmətlərinə qadağa tətbiq olunur. Livan, İsrail vətəndaşlarının ölkəyə girişini və öz vətəndaşlarının İsraili səfərini qadağan edib. Livan qanunlarına görə, İsrail vətəndaşlarıyla ünsiyyət belə cinayət sayılır və həbslə cəzalandırılır.
İnterpress.az