ABŞ-dan Rusiya sanksiyaları açıqlamasıbackend

ABŞ-dan Rusiya sanksiyaları açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Mattis, Ukraynadakı zorakılığı sona çatdırmaq üçün keçirilən Minsk atəşkəs müqaviləsinə əməl olunmadığını söyləyərək, \”Rusiyanın inkarına baxmayaraq onların Beynəlxalq sərhədləri zorla yenidən çəkməyə çalışdıqlarını bilirik və bu vəziyyət Avropanın suveren və azad millətlərini zəiflədir\” – dedi.

Cim Mattis, Ukrayna Prezidenti Poroşenko ilə görüşündə bəyanat verib. Mattis, \”Vaşinqtonun, Moskva rəhbərliyinin Ukraynanın Krım bölgəsi təhvil almasını qəbul etməyəcəyini\” deyib.
Pentaqon şefi Mattis, ABŞ-ın Ukraynaya dəstək sözü verdiyini, ancaq bunu ölümcül silahla aparmayacaqlarını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenko da, Ukrayna ərazisində ən azı 3000 min Rus əsgərinin olduğunu deyib.

İnterpress.az