Rusiyadan Soyuq Müharibədən sonra bir ilk: 100 min əsgər iştirak edəcəkbackend

Rusiyadan Soyuq Müharibədən sonra bir ilk: 100 min əsgər iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Soyuq Müharibədən bu yana etdiyi ən böyük hərbi təlimi keçirməyə hazırlaşır. NATO qoşunlarının Rusiya sərhədindəki Şərqi Avropa ölkələrinə yerləşdirilməsindən sonra, Rusiyanın 100 min əsgərin iştirak edəcəyi təlim nümayişi etməsi gözlənilir.

The Guardianda yer alan xəbərə görə, Zapad 17 adını daşıyan təlimə 100 min əsgər iştirak edəcək və bu əsgərlər üç ayrı nöqtəyə sövq ediləcək.

14-20 sentyabr tarixləri arasında baş tutacaq təlimdə əsgərlər, Belarus, Kaliningrad və Rusiyanın müxtəlif regionlarında yerləşəcək. Belarusda yer alacaq əsgərlərin ilk qrupu avqust ayının ortasında ölkəyə sövq edilib.

Rusiyanın keçirəcəyi genişmiqyaslı təlimin arxa planında Şərqi Avropaya ABŞ tərəfindən tətbiq edilən sanksiyalar da var. Ancaq Moskva rəhbərliyi təlimin uzun müddət əvvəl planlaşdırdığını, adi bir təlim olduğunu və son sanksiyalara bir cavab olmadığını bildirir.

Brüsseldəki NATO qərargahından da oxşar açıqlamalar gəlir. NATO rəsmiləri, təlimə cavab verilməyəcəyini və Rusiya sərhədinə daha çox əsgər göndərməyəcəyini deyir.

Bir NATO rəsmisi verdiyi açıqlamada, \”NATO, Zapad 17 təlimini yaxından izləyəcək. Ancaq təlim zamanı hər hansı bir geniş miqyaslı təlim planlaşdırmırıq. Təlimlərimiz uzun müddətə nəzərdə tutulub və bunlar Rusiyanın təlimlərindən müstəqil\”-deyib.

İnterpress.az