İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ tarixinin 67-ci Xarici İşlər naziri və 42-ci Prezident Bill Klintonun həyat yoldaşı olan Hillari Klintonun yaxın zamanda satışa çıxacaq kitabındakı Donald Trumpla bağlı hissələri diqqət çəkib.
Xüsusilə 2016-ci ildəki prezident seçkiləri prosesində Donald Trumpla 9 oktyabrda keçirilən mübahisə proqramına yer verərək Trumpın səhnədə daim dolaşmasını unutmadığını deyən Klinton, çox gərgin və əsaəbi olduğunu vurğulayıb. Klinton: \”Tüklərim dik-dik durdu\” deyə bəhs edib.
ABDDE-də nəşr olunan\” Morning Co\” proqramında səsli sitatları çap olunan kitabda Klinton, mübahisə proqramı zamanı Trumpın səhnədə özünü çox yaxından təqib etdiyini, \”Məndən uzaq dur sarsaq, yanıma yaxınlaşma\” deməmək üçün özünü çətin saxladığını yazdığı bildirildi.
Yeni nəşr olunacaq kitabında xatirəsinə davam edən Klinton, St.Louis şəhərində seçkilərə bir ay qalmış 9 oktyabrda keçirilən mübahisə proqramında nəzarətini itirməmək üçün böyük səy sərf etdiyini bildirərkən \”Bunun doğru olmadığını düşündüm. İkinci mübahisə proqramını edirdik və Donald Trump yanımdan ayrılmırdı. Bütün dünya daha iki gün əvvəl Trumpın qadınları əllə təcavüz etdiyi üçün necə qürurlandığını öyrənmişdi. İndisə kiçik bir səhnə üzərində və yerinə oturmur, hara getsəm dalımca gəlirdi, mənə dik dik baxırdı, üz ifadələri çox qəribəydi. Son dərəcə narahatlıq verici bir vəziyyət idi. Demək olar ki, nəfəs almırdım\”.
Qeyd edək ki, mübahisə proqramının nəşr olunacağı 9 oktyabrdan iki gün əvvəl Donald Trumpın qadınları təcavüz etməklə lovğalandığı video və səs qeydləri sızdırılmış və bu inkişaf, seçki kampaniyası dövründə sanki zəlzələ təsiri yaratmışdı.
12 sentyabrda satışa çıxarılacaq\” What Happened\” adlı kitabından parçalar oxuyan Klinton kitabında, \”Mənim üçün elə bir andı ki, bir an hər şeyi dayandıraraq mübahisəni izləyənlərə,\” Mənim yerimdə olsanız nə edərdiniz? Sakin olmağa çalışır, gülümsəməyə davam edirdim. Yoxsa ona dönüb gözünün içinə baxaraq yüksək səslə, \”Məndən uzaq dur sarsaq, yanıma yaxınlaşma! Qadınları qorxutmaqdan həzz aldığını bilirəm, amma məni qorxuda bilməzsən demək istədim. Demək ki, mən sakit olmağı, dilimi tutmağı, dırnaqlarımı ovucumun içimdə sıxıb məni izləyən insanlara sakit və nəzarətli bir tərzlə görünmək üçün gülümsəməyə davam etmək dərsini yaxşıca öyrənmişəm\” yazdığını bildirdi.
İnterpress.az