İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Facebookdan edilən açıqlamada, həqiqəti əks etdirməyən informasiya və dezinformasiya istehsal edən on min hesabın silindiyi ifadə edilib.
Facebook eyni prosesi İngiltərə və Fransa seçkiləri ərəfəsində də tətbiq etmiş və Fransada 30 min hesabı silmişdi.
Bu hesabların müəyyən edilərkən xüsusilə çox sayda paylaşılan tərkiblərin sistem tərəfindən avtomatik olaraq analiz mərkəzinə göndərildiyi və burada lazımlı qiymətləndirmələrin keçirildiyi bildirilmişdi.
Bundan başqa, iyun ayında Alman Federal Məclisində qəbul olunan qanunla ictimai paylaşma saytlarına, açıq cinayət dairəsinə girən bölgüləri şikayətin ardından 24 saat ərzində qaldırma və ya mane olma zəruriliyi gətirilmişdi.
Qanuna görə, cinayət təşkil etdiyi açıq aydın olmayan tərkiblərin də yeddi gün ərzində qaldırılması nəzərdə tutulur.
Sosial paylaşma saytlarının gələn şikayətləri dərhal nəzərətə alınıb cinayət təşkil edib etmədiyini araşdırması lazım olduğu bildirilib.
Qanun bunu etməyən firmalara 50 milyon avroya qədər pul cəzası verilməsini mümkün edir.
İnterpress.az