Bu fotoşəkil gərginlik yaratdıbackend

Bu fotoşəkil gərginlik yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Filippin Dövlət Başçısı Duterte, Avstraliyada ciddi bir mübahisə yaratdı. Dünən Avstraliya Kəşfiyyat Xidmətinin 1 nömrəli adı Nik Warnerı qarşılayan Duterte, görüşdən sonra kameraya poza verdi. Dutertenin markası halına gəlmiş yumruq pozanı verdiyi zaman Warner da eyni hərəkəti etdi. Duterte, narkotiklərlə mübarizəyə qarşı bu hərəkəti edərkən, bir çox insanın ölümünə səbəb olmuş və haqsız edamlar etmişdi.
14 aylıq vəzifə müddəti boyunca bir çox sərt açıqlama edən Duterte haqqında danışan Avstraliya Xarici İşlər Naziri Julie Bishop, \”Bu fotoşəkil Dutertenin haqsız yerə insanları öldürdüyü həqiqətini dəyişdirmir və Canberranın iradlarını yumşaltmır\” dedi.
Digər tərəfdən insan haqları təşkilatları bu şəkli tənqid edərək, Avstraliyanın Filippinə qarşı daha sərt həmlə etməsi lazım olduğunu eşitdirdi. Qeyd edək ki, son dövrdə 3500-dən artıq insan baş verən toqquşmalarda həyatını itirib.

İnterpress.az