Fəallar Xalq Məclisi Partiyasının 35 illiyini qeyd ediblər. Aksiyada Əli Salehi də iştirak edib. O, xalqı Yəmənin müdafiəsinə çağırıb.
“Biz ölkəmizi müdafiə etməyə və döyüşlər yönləndirməyə hazırıq. Cəbhəyə çoxlu sayda könüllü döyüşçülər göndərmişik. Onların arasında vətən uğrunda şəhid olanlar da var. Bundan sonra da minlərlə döyüşçü göndərməyə hazırırıq” – deyə Salehi qeyd edib.
Yəmən hökuməti hazırda husi üsyançılarına qarşı mübarizə aparır. Ölkədə davam edən qeyri-stabil vəziyyətlə yanaşı, digər bir tərəfdən vəba xəstəliyi də geniş yayılıb.
İnterpress.azhttps://youtube.com/watch?v=U_bDeh7lMQw