Orta Yaşlılara Tövsiyə: 10 Dəqiqə Sürətli Gəzinbackend

Orta Yaşlılara Tövsiyə: 10 Dəqiqə Sürətli Gəzin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər, 40 yaşından sonra insanların fəallığının azaldığını və bunun sağlamlığa zərər verdiyini açıqlayıb.

Bunun həlli olaraq 40-60 yaş arası insanları sürətli yürüşlər etməyə dəvət edən mütəxəssislər, hər gün yalnız 10 dəqiqə sürətli yeriməyin erkən ölüm riskini 15 faiz azaltdığını bildirib.

Proqnozlara görə bu yaş qrupunun yüzdə 40-ı, bir aydan daha az sıxlıqda 10 dəqiqəlik sürətli yürüşlər keçirir.
Agentliyin tibbi direktor vəkili Jenny Harries, bir mağazaya gedərkən də 10 dəqiqə gəzməyin təsirli olduğunu dedi.

İnterpress.az