Tailandın baş naziri ölkədən qaçdıbackend

Tailandın baş naziri ölkədən qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Tailandın keçmiş Baş Naziri Yingluck Shinawatranın ölkədən qaçdığı bildirilib.

Tailand Ali Məhkəməsi, cunta rəhbərliyi tərəfindən ona qarşı açılan etinasızlıq davasında veriləcək qərar üçün məhkəməyə gəlməməsi üzərinə Yingluck Shinawatra üçün həbs qərarı almışdı. Yingluck Shinawatraya yaxın bəzi mənbələr baş nazirin ölkədən qaçdığını bildirib.

Shinawatranın Puea Thai Partiyasından adını vermək istəməyən bir mənbə, \”Shinawatra qəti olaraq ölkəni tərk edib\” dedi.

Keçmiş baş nazirin xəstə olduğunu və məhkəmədən qərarın təxirə salınmasını istədiyini deyən Shinawatranın vəkili, məhkəmənin Shinawatranın xəstə olduğuna inanmadığını və həbs əmri çıxardığını bildirib.

İnterpress.az