Barcelona təcavüzkarına həbsxanada “boğazını kəsəcəyik” təhdidi!backend

Barcelona təcavüzkarına həbsxanada “boğazını kəsəcəyik” təhdidi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın Barcelona şəhərində 15 nəfərin ölümü ilə nəticələnən terror hücumunun cinayətkarlarından 28 yaşlı Driss Oukabir, Madriddə salındığı həbsxanada xoş qarşılanmadı.

Madriddə yerləşən Soto Del Real həbsxanasına salınan DEAŞLI terrorçunun həbsxanaya gətirildiyini görən digər məhkumlar, \”Havaya çıxdığın zaman, boğazını kəsəcəyik\” dedilər.
Digər məhkumlardan gələn reaksiyalar üzərinə Oukabirin təkadamlı kameraya qoyulduğu və təhlükəsizlik səviyyəsinin artırıldığı qeyd edilib.

Oukabir, Barcelonada baş verən terror aktından sonra, hücumu həyata keçirən DEAŞ hüceyrəsinin mərkəzi Ripollde polisə təslim olmuşdu. Oukabir, ilk ifadəsində cinayəti qardaşının törətdiyini söyləsə də, daha sonra ifadəsini dəyişmişdi.

Driss Oukabir, ifadəsində hücumda istifadə edilən mikroavtobusu özünün icarəyə götürdüyünü, ancaq mikroavtobusun mebel daşımaq üçün istifadə ediləcəyini söyləmişdi. Hakim Qarşıdakı Andreu isə, 28 yaşlı şübhəlinin haqqında dəlillər olduğunu bildirərək həbs olunmasına qərar vermişdi. Oukabir, cinayət, terror təşkilatı üzvlüyü və partlayıcı alma cinayətlərindən mühakimə olunacaq.

İnterpress.az