İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yəhudi əsilli Amerikalı Cohn, Financial Timesa verdiyi müsahibədə, Trumpın iki həftə əvvəl Virciniyada baş verən zorakılıq hadisələri ilə bağlı açıqlamalarından narahatlıq duyduğunu bildirib.
Trumpın, bir nəfərin öldüyü və çoxlu sayda insanın yaralandığı hadisələrdən Nasist tərəfdarlarını üzrə tutmayaraq, irqçilik əleyhdarı qrupları günahlandırması səbəbiylə böyük təzyiq altında qaldığını ifadə edən Cohn, bunları qeyd etdi:
\”Həm istefa verməyim, həm də vəzifədə qalmağım üçün böyük təzyiqə məruz qaldım. Vətənpərvər bir Amerikalı kimi vəzifəmdən ayrılmaq istəmədim. Çünki Amerikalı insanlar xeyrinə iş məsuliyyəti hiss edirəm, ancaq eyni zamanda son iki həftədə baş verənlərdən üzüntü duyduğumu ifadə etmək məcburiyyətindəyəm. Bərabərlik və azadlığı müdafiə edən qruplar, heç vaxt ifrat millətçi ağ Amerikalılarla, Nasist tərəfdarları və KKK (Qu Klux Qəbilənin) ilə bərabər tutula bilməz\”.
Cohn, istefasına qarşı bütün təzyiqlərə baxmayaraq, Yəhudi bir Amerikalı olaraq, (Yəhudilər yerimizi ala bilməz) şüarları atan Nasist tərəfdarlarının işimi buraxmaya səbəb olmasına yol verməyəcəyəm- deyərək vəzifəsində qalmağa qərar verdiyini bildirib.
İnterpress.az