İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Fransanın Lorraine bölgəsindəki Metz şəhərində 8 və 12 yaşlarındakı 2 uşağını evdə qoyaraq bir ay istirahətə getdiyi ortaya çıxan ana bir il həbs cəzasına məhkum edilib.
Prokurorluğun 4 ay qəti həbs cəzası tələbinə qarşı məhkəmə, ananın 12 ay təxirə salınmış həbs cəzası ilə cəzalandırılmasına qərar verib. Fransaya qayıtdıqdan nəzarətə alınan ana məhkəmədə, \”Anamın narahatlığı görə Əlcəzairə getməyim lazım idi. Maddi vəziyyətim əl vermədiyi üçün bütün uşaqlarımı yanımda aparmadım. Yalnız ən kiçik qızımı yanıma alaraq getdim. Uşaqlarıma qarınlarını doydurmaq üçün yemək və kredit kartımı qoymuşam. Yaxınlarım da evə gəlib uşaqlarla məşğul olacaqlarına dair söz verdi\”-deyərək özünü müdafiə etdi.
49 yaşlı ana, uşaqlarla məşğul olması lazım olan şəxslərdən birinin erkəndən istirahətə getdiyini, digərinin isə evə yalnız iki dəfə gəldiyini bildirərək, 80 yaşlı qapı qonşusunun da xəstələndiyi üçün uşaqlarla məşğul olmadığını deyib. Məhkəmə həmçinin, bir qoruma yurduna yerləşdirilən uşaqların gələcəyi ilə bağlı qərarın uşaq məhkəməsində veriləcəyini və ilk məhkəmə iclasının gələn həftə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, iki uşağını bir ay ərzində evdə tək qoyaraq Əlcəzairə istirahətə gedən ana, çərşənbə axşamı günü Fransaya qayıdarkən hava limanında saxlanılıb. Bu müddətdə bütün zənglərə baxmayaraq telefona cavab verməyən ana, uşaqlarının vəziyyətini hava limanında nəzarət prosesini aparan polislərdən soruşub.
İnterpress.az