İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa Baş Naziri Xanim Szydlo, Prezident Macronun, Bolqarıstan səfərində, Varşava hökuməti özünü Avropadan uzaqlaşdırır şəklindəki sözlərini narazılıqla qarşıladı.
Siyasətdə təcrübəsiz olan Macrona daha dinc bir üslub tövsiyə edən Szydlo, \”Macronun təkəbbürlü açıqlamaları isə siyasətdə təcrübəsiz olduduğunu göstərir – dedi.
Avropa Birliyinin (Aİ) gələcəyi haqqında yalnız Macronun qərar verməyəcəyinə işarə edən Szydlo, Cənab prezidentə ölkəsinə konsentrasiya olmasını tövsiyə edirəm. Bəlkə o zaman Polşanın vətəndaşlarına təqdim etdiyi iqtisadi nəticələri və təhlükəsizlik səviyyəsini o da öz vətəndaşlarına verə bilər-deyə danışdı.
Polşa Xarici İşlər Naziri Witold Waszczykowski, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Rumıniya Xarici İşlər Naziri Teodor Melescanu və NATO Baş Katibi Stoltenbergin iştirak etdiyi birgə mətbuat konfransında verdiyi açıqlamada, Polşanın Avropada yalnızlaşmadığını müdafiə etdi.
Waszczykowski: \”Bu gün əhəmiyyətli bir görüşmənin ev sahibliyi edirik. Görünən odur ki, Cənab Prezident Macron xəbərləri təqib etmir və Avropanın bu bölgəsində nə olduğunu bilmir. Əlbəttə bəzən belə şeylər də ola bilər\”-dedi.
İnterpress.az