İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-lı qorxu filmlərinin əfsanəvi rejissoru Topa Hooper, Los Ancelesdəki qaldığı evində 74 yaşında həyatını itirib. Hooper-in ölüm səbəbi isə hələ açıqlanmayıb.
TOPA HOOPER KİMDİR?
Ssenari müəllifi, prodüser və rejissor kimi tanınan Hooper, 25 yanvar 1943 tarixində Texasın Ostin şəhərində anadan olmuşdur. 1960-cı illərdə karyerasına operator kimi başlayıb.
1974-ci ildə şiddət məzmunu səbəbilə İngiltərə daxil olmaq üzrə bir çox ölkədə qadağan edilmiş olmasına baxmayaraq, çox uğurlu bir performans sərgiləyən kult film \”Texas Mişar Soyqırımı\” filmini çəkib.
İnterpress.az