İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Reuters, Avstriya Xəbər Agentliyinə əsaslandırdığı xəbərində; Avstriyanın Zalsburq şəhərində meydana gələn dağlıq bir qəzadan sonra beş nəfərin öldüyünü və 1 nəfərin ağır yaralandığını bildirib.
Qəza, Mannlkarscharte adlı bölgədəki bir qrupla, Salzburgun cənubundakı dağlardakı boşluq sahədə baş verib. Qırmızı Xaçdan verilən məlumata görə, beş xilas etmə vertolyotunun qəza yerinə göndərildiyi qeyd edilərkən ilkin məlumatlara görə bir qrup alpinistinin qəzaya düşdüyü qeyd olunub.
Qırmızı Xaç rəsmisi, dünyasını dəyişən alpinistələrin kimliklərinin rəsmilər tərəfindən hələlik müəyyən edilmədiyini bildirib.
İnterpress.az