Duterte: “Polisə qarşı çıxan “səfehlər” öldürüləcək”backend

Duterte: “Polisə qarşı çıxan “səfehlər” öldürüləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Duterte, narkotik əleyhinə basqında öldürülən cənubdakı bir qəsəbənin polis şefi olan Jovie Espenidonun cənazə mərasimində bildirib.

Nitqdə, \”Vəzifəniz, həbs edəcəyiniz insanın müqavimətini sındırmağı tələb edir. Əgər sizə müqavimət göstərirsə və zor tətbiq edirsə səfehləri öldürməkdə azadsınız. Bu mənim sizə əmrimdir\”.

Cinayətlər və qanunsuz hadisələrlə bağlı polisin vəzifələrini yerinə yetirərkən hüququn aliliyini qorumaq məcburiyyətində olduğunu deyən Duterte, polisə arxalandığını sözlərinə əlavə edib.

Rodrigo Duterte, bazar ertəsi günü Maniladakı Prezident sarayında 16 avqustda öldürülən 17 yaşlı Kian Loyd delos Santosun ailəsiylə görüşüb. Yüzlərlə adam Santosun dəfn mərasimini, Dutertenin narkotikə qarşı \”ölümcül\” müharibəsinə qarşı etiraza çevirdi.

Filippin Dövlət Başçısı Roderigo Duterte, polisin ötən həftə paytaxt Manilada keçirdiyi narkotik əməliyyatında həlak olan 17 yaşlı gəncin ölümündə polisin məsuliyyəti olduğunu qəbul etmişdi.

Duterte keçirdiyi mətbuat konfransında Kian Loyd delos Santosun öldürülməsi ilə bağlı təhlükəsizlik kamerası qeydlərini izlədiyini və polislər haqqında istintaq açılması lazım olduğunu düşündüyü bildirmişdi.

Duterte, \”İstintaq açılması lazım. Əgər bir məsuliyyət varsa, həbsə düşürlər. Burada dəzgah yoxdur. Mən qarışmıram\”.

Dövlət Başçılığı vəzifəsini 30 iyun 2016-da təhvil alan Rodrigo Duterte, narkotik və korrupsiyayla mübarizəyə üstünlük verəcəyini açıqlamışdı.

Polis qeydlərinə görə, Filippin narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatlarda indiyə qədər təxminən 5 min adam öldürülüb.

İnterpress.az