İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Liviyanın rəsmi xəbər agentliyi “LANA” məlumat yayıb. Bildirilir ki, Liviya Dəniz Qüvvələri ölkədən oğuluq nefti çıxarmağa çalışan tanker saxlanılıb. Saxlanılan tanker 6 min litr tutuma malikdir.
Ölkəyə ayda 1 milyon dollara başa gələn neft qaçaqmalçılığına qarşı aprel ayından etibarən xüsusi əməliyyatlara başlanılıb. Bu çərçivədə Liviya Dəniz Qüvvələri biri 3 min 330 ton, digəri isə 236 ton olan 2 neft tankerini saxlayıb.
İnterpress.az