Almaniya tarixinin ən böyük qatili – ən azı 84 nəfəri öldürməkdə günahlandırılırbackend

Almaniya tarixinin ən böyük qatili – ən azı 84 nəfəri öldürməkdə günahlandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada 1999-ci ildə xəstələrə qulluq etməyə başlayan Niels Högel adlı səxs 2005-ci ilə qədər çalışdığı Delmenhorst və Oldenburg şəhərlərindəki xəstəxanalarda 35 nəfəri öldürdüyü sübuta yetirmişdi.

Oldenburg Polis İdarəsi Sədri İohann Kühmenin verdiyi açıqlamaya görə isə, Niels Högelin 84 nəfəri öldürdüyü ortaya çıxıb.

Təcili xidmətlərdə olan və ürəyi, ya da nəfəsi dayanmaq üzrə olan xəstələrə Gilurytmal adlı narkotik dərman yeridərək müdaxilə etdiyi və bu səbəblə də günahlandıran Högel, \”Almaniya tarixinin ən böyük qatili\” kimi görünür.

30 cinayətini və 60 cinayət təşəbbüsünü etiraf edən keçmiş xəstə baxıcının, təxminən 200 nəfərə Gilurytmal adlı dərmanı yeritdiyi təxmin edildi.

2015-ci ildə ömürlük həbs cəzasına məhkum edilən 30 dekabr 1976-da Wilhelmshavenda bir qulağı kar olaraq doğulan Niels Högelin çətin şərtlər altında böyüdüyünü bildirən mütəxəssis psixiatr Konstantin Karyofilis, Nielsin on bir yaşında ailəsindən ayrılaraq internat məktəbə getdiyini və burada qorxuların inkişaf etdirdiyini deyib.

17 yaşında Sankt-Willehad Xəstəxanasında tibb təhsilinə başlayan Högelin, alkoqol və narkotik məsələsinə böyük maraq göstərdiyi qeyd olunub. Müayinə prosesini \”həyatının ən gözəl anı\” kimi təsvir edən Högeli mütəxəssis psixiatr Konstantin Karyofilis, \”Wilhelmshaventan ayrılmaq istəməyən bir burjua həvəskarı\” kimi təsvir edir.

2003-də yaşadığı Wilhelmshavendan Delmenhorsta köçən və burada psixoloji problemləri artan Högelin o tarixdən etibarən ağır dərmanlar istifadə etməyə başladığı və təlaş hücum xəstəliyinə yaxalandığı bildirilib.

İnterpress.az