İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu Mexiko əyalətində xalq kitabxanasına silahlı təcavüzkarın atəş açması nəticəsində ən azı 2 nəfərin öldüyü və 4 nəfərin yaralandığı bildirildi.
Yaralananlardan 3 nəfər Lubbock şəhərindəki xəstəxanaya qaldırılıb.
ABŞ-da silahlı zorakılıq hadisələrinin məlumatlarını saxlayan Silahlı Zorakılıq Arxivi (GVA) adlı qeyri-hökumət təşkilatına görə 28 avqust 2017 etibarilə il ərzində ölkədə 41 min 42 silahlı zorakılıq hadisəsində 10 min 197 nəfər həyatını itirib. Bu rəqəmə 22 min ətrafındakı intihar hadisəsinin daxil olmadığı qeyd edilib.
İnterpress.az