İnterpress.az xəbər verir ki, bunu Almaniyanın \”Solçular\” Partiyası müəyyənləşdirib.
Belə ki, Bundestaqın deputatları Andrey Hunko və Andre Han partiyanın adından hökumətdən \”Şərq Tərəfdaşlığı\” proqramına ayrılan vəsaitlərin xərclənməsi barədə hesabat vermələrini istəyib.
Hesabatlara əsasən məlum olub ki, bu pulların böyük hissəsi rəsmi Kiyevə çatır. Almaniya son üç ildə müxtəlif layihələr üçün ayrılan illik 14 milyon avronun yarısını Ukraynaya göndərib.
Almaniyalı deputatlar bu işdə siyasi çalar görüb və vəsaitlərin seçmə üsulla paylanmasının tətbiqini dayandırmağa çağırıblar.
Qeyd edək ki Aİ-nin altı şərq qonşusu – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş \”Şərq tərəfdaşlığı\” proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb. (report)
İnterpress.az