İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Daimi Nümayəndəsi Nikki Haley, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı ciddi hərəkətə keçməsi lazım olduğunu söylədi.
İHANIN xəbərinə görə; Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Daimi Nümayəndəsi Nikki Haley, Şimali Koreyanın Yaponiyanın Hokkaido rayonunun ərazisindən keçən balistik raket atmasının \”qətiyyən qəbuledilməz və məsuliyyətsizlik\” olduğunu və Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı ciddi hərəkətə keçməsi lazım olduğunu söylədi.
Haley, \”Heç bir ölkənin ki, 130 milyon insanın yaşadığı Yaponiya kimi ölkələrin üzərində uçacaq raketləri olmamalıdır. Bu qəbul edilməz. Şimali Koreya, aldığımız hər BMT Təhlükəsizlik Şurasının qərarını pozub və bu səbəbdən ciddi bir şey edilməsi lazım olduğunu düşünürəm\”- dedi.
İnterpress.az