Trump: “Bu qasırğa dastanlıq bir qasırğa”backend

Trump: “Bu qasırğa dastanlıq bir qasırğa”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump 25 avqustdan bu yana qasırğanın təsir etdiyi Texası ziyarət edib. Özünü dinləməyə gələn izdihama səslənən Trump, qasırğadan əziyyət çəkən bölgələrdə aparılan xilas etmə işindən təriflə bəhs edib. İşləri sürətləndirəcəklərini deyən Trump, \”Əvvəlkindən daha yaxşı vəziyyətə gətirəcəyik\”-dedi. Trump, \”Bu qasırğa dastanlıq bir qasırğa. Texasda meydana gəldi və buranın insanları bunun öhdəsindən gələ bilər\”-dedi.

ABŞ-da Harvey qasırğası nəticəsində həyatını itirənlərin sayı 30-a yüksəlib. Federal Təcili Vəziyyət İdarəetmə Qurumu, 450 min nəfərin dövlət yardımına və 30 min insanın müvəqqəti sığınacağa ehtiyac duyduqları xəbərdarlığı etdi. Digər tərəfdən, Hyuston və ətrafına 25 avqustdan bu yana 65 santimetr yağış düşüb. Bu miqdarın cümə gününə qədər 127 santimetrə çatması gözlənilir. Daha əvvəlki ən yüksək yağış, 1978-də Amelie fırtınasında 121 santimetr olaraq qeyd edilmişdi.

İnterpress.az