İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı, əksəriyyəti qadın və uşaqlardan ibarət olan təxminən 18 min Rohingya Müsəlmanları Myanmadakı zorakılıqdan qaçaraq Banqladeşə getdiyini söylədi.
Sərhədin yaxınlığındakı Cənub Coxs Bazar qəsəbəsində IOM (Organisation internationale pour les migrations) ofisini idarə edən Sanjukta Sahany, \”Onlar çox, çox çarəsiz halda\” dedi.
Sahany, \”Ən böyük tələbat ərzaq, amma səhiyyə xidmətlərinə və sğınacağa, başlarının üstünü örtəcək bir dama ehtiyac duyurlar\” – dedi.
Myanmanın Arakayın əyalətində ordu mənsublarının etdikləri hücumlarda 3 min arası Müsəlmanın qətlə yetirilmiş, 100 mindən çox Müsəlman da yerindən edilmişdi.
Qeyd etdiyimiz kimi, İngiltərə, Arakanda baş verənləri görüşmək üçün Birləşmiş Millətlər Təhlükəsizlik Şurasını təcili toplantıya çağırmış, Avropa Birliyi (Aİ), Myanmada ordunun Arasında əyalətində Müsəlmanlara qarşı qırğınlara dair prosesləri yaxından təqib etdiklərini bildirərək, \”Arakana gözümüz qapalı deyil\”- açıqlaması etmişdi.
İnterpress.az