İnterpress.az-ın məlumatına görə, bu, elə üç həftə əvvəl 70 uşağın öldüyü xəstəxanadır.
Təkcə son 24 saatda burada 19 uşaq ölüb.
Balaca pasientlərin ölüm səbəbi kimi həkimlər ensefalit, eləcə də digər infeksiyalar və pnevmaniyanı göstərirlər. Xəstəxananın həkimləri növbəti kütləvi ölüm halının xəstəxananın yerləşdiyi Uttar-Pradeş və Bihar vilayətlərini cənginə alan güclü daşqınlarla bağlı olduğunu düşünürlər. Çünki təbbi fəlakətin təsiri altında olan bölgələrdən xəstəxanaya daim ağır vəziyyətdə olan xəstə uşaqlar gətirilir. (report)
İnterpress.az