Tereza Mey: “Çin Şimali Koreyaya təzyiq göstərməlidir”backend

Tereza Mey: “Çin Şimali Koreyaya təzyiq göstərməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, baş nazir hərbi müdaxiləni istisna etməsə də, problemin həll olunması üçün iqtisadi və diplomatik təzyiqləri artırmağın tərəfdarı olduğunu bəyan edib.

Şimali Koreya ballistik raketi Yaponiya sahilinə göndərəndən iki gün sonra Tereza Mey Yaponiyaya səfər edib. Böyük Britaniyanın baş nazirinin Yaponiya səfərinin əsas məqsədi iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etməkdir.

“Şimali Koreyanın hərəkətləri qeyri-qanunidir. Mən düşünürəm ki, bu, onların həyata keçirdiyi çox ciddi provokasiyadır” – Mey vurğulayıb.

Tereza Mey beynəlxalq ictimaiyyətin bir olub Şimali Koreyaya təzyiq göstərməsini vurğulamaqla bərabər Çinin üzərinə daha çox məsuliyyət düşdüyünü deyib.

T.Mey bəyan edib ki, Britaniya sanksiyaların artırılmasının tərəfdarıdır və Çin də məsələnin həllində önəmli rol oynamalıdır.

“Nüvə proqramını dayandırması üçün Çini Şimali Koreyaya təzyiq göstərməyə inandırmalıyıq” – T.Mey açıqlayıb.

İnterpress.az