“Heç bir xarici ölkə Azərbaycanın yerini verə bilməz”backend

“Heç bir xarici ölkə Azərbaycanın yerini verə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov bildirib.

Y.Abramov yay tətilini Azərbaycanda keçirdiyini də söyləyib:

“Mən heç bir xarici ölkəyə getməmişəm. Bütün vaxtı Qubada olmuşam. Ümumiyyətlə, ezamiyyət olmasa mən xarici ölkələrə getmərəm. Yanımda Nabran, Şahdağ və digər gözəl istirahət yerləri ola-ola mən xarici ölkələrdə nə üçün istirahət etməliyəm? Mən heç vaxtı istirahət üçün xarici ölkələrə getməmişəm. Heç bir xarici ölkə Azərbaycanın yerini verə bilməz”.

İnterpress.az