İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Kansleri Angela Merkel, çərşənbə günü Avropa İttifaqı Komissiyasının Sədri Jan Klod Junckerlə Berlində iş yeməyində bir araya gəldi. Merkel, AB Komissiyası Junckerə Türkiyəylə Aİ arasında ticarət həcmini genişləndirməyi nəzərdə tutan Gömrük İttifaqının yenilənməsinə qarşı Almaniyanın vetosunu çatdırdı.
Baş nazir Merkel, Juncker ilə görüşündən bir gün öncə Berlindəki mətbuat konfransında Almaniyanın Gömrük İttifaqının yenilənməsini veto edəcəyini bildirmişdi.
İclasda, \”Alman hökuməti olaraq mövcud şərtlər altında qarşıdakı aylar ərzində Gömrük Birliyi müzakirələri üçün icazə verməyəcəyik\” deyən Merkel, bunu AVROPA Komissiyasının Sədrinə Berlin ziyarətində çatdıracağını bildirmişdi. Merkelin Junckerle bağlı qapılar arxasında keçirdiyi görüşdə Almaniyanın vetoyla bağlı məlumat verdiyi öyrənildi.
İnterpress.az