Qasırğanın vurduğu Texasdakı kimya zavodunda iki partlayış birdənbackend

Qasırğanın vurduğu Texasdakı kimya zavodunda iki partlayış birdən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, kompleksin üzərindən qara tüstülər çıxdığı bildirildi. Bir şirkət rəsmisinin verdiyi açıqlamada, qara dumanın gözlərə, dəriyə və ciyərlərə zərər verəcəyi qeyd olunub.

Zavodda çalışanlar çərşənbə günü azad edilmiş, kompleksə 2.5 kilometr məsafədə yaşayan insanlardan evlərini boşaltmaları tələb olunmuşdu.

Arkemadan bildiriblər ki, partlayışlar təsdiq olunarkən, daha çox partlayış ola biləcəyi istiqamətində xəbərdarlıq edilib. Şirkətin açıqlamasında, sular altında qalan kompleksin soyuqda qorunması lazım olan kimyəvi maddələri saxlama qabiliyyəti itirdiyi və partlayışların qarşısının alınmayacağı bildirilib.

İnterpress.az