Trump, şəxsi sərvətindən 1 milyon dollar bağışlayacaqbackend

Trump, şəxsi sərvətindən 1 milyon dollar bağışlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, minlərlə Amerikalının evsiz qalmasına səbəb olan Harvey Fırtınasının zərərini qarşılamaq üçün yaradılacaq fonda, ABŞ Prezidenti Donald Trumpın şəxsi sərvətindən 1 milyon dollar yardım edəcəyi açıqlanıb.

Fırtına və seldən zərər çəkən rayonlara kömək üçün Ağ Evin Konqresdən 5.9 milyard dollar fond tələb edəcəyi dedi.

Regiona səfər edən ABŞ-ın Vitse-prezidenti Mike Pence, 311 min adamın fəlakət yardımından faydalanmaq üçün müraciət etdiyini açıqlayıb. Texas Qubernatoru Qreq Abbott, əyalətin 125 milyard dollardan çox yardıma ehtiyac duyduğunu bildirmişdi.

Fırtınanın gətirdiyi həddindən artıq yağışlar səbəbindən Texasda təxminən 780 min nəfər evlərini tərk etmələri tapşırığı verilmişdi. 980 min adam da öz qərarları ilə evlərini tərk edib.

İnterpress.az