Bərzani: “Kürdüstan xalqı referendum üçün Yox desə çalışmağım üçün bir səbəb qalmaz”backend

Bərzani: “Kürdüstan xalqı referendum üçün Yox desə çalışmağım üçün bir səbəb qalmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi (IKBY) 25 sentyabrda keçiriləcək müstəqillik referendumu qərarına reaksiyalar sürərkən, Kərkükün də referenduma daxil edilməsi mübahisələri şiddətləndirdi.

Kərkükdə yaşayan Türkmən və Ərəb qrupları, qərarın ləğv edilməsinə yönəlik mərkəzi rəhbərliyə müraciət edərkən, İraq rəhbərliyi və İrandan bəyanatlar gəldi. İran Xarici İşlər Nazirliyi, Kərkük Vilayət Məclisinin müstəqillik referendumuna iştirak etmək qərarını, təhlükəli və qıcıqlandırıcı bir akt kimi qiymətləndirdi.

Bərzani, \”Referendum qərarı tarixi bir qərardır. Müstəqillik uğrunda lazımdırsa hər cür əvəzi ödəməyə hazır olmalıyıq \”dedikdə, Səudiyyə qəzeti Şarkul Avsata verdiyi müsahibədə isə,\” Biz referendumu xalqın səsinə güvənərək edirik, mən xalqıma qarşı olan vəzifəmi yerinə yetirmək istədim, olar da Kürdüstan xalqı referendum üçün Yox desə vəzifəmdən istefa edərəm, çünki artıq çalışmağım üçün bir səbəb qalmaz\” ifadələrini istifadə etdi.

İnterpress.az