Avstraliyada qrip virusu 7 can aldıbackend

Avstraliyada qrip virusu 7 can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə və İnsan Xidmətləri Departamentindən (DHHS) verilən məlumata görə, Viktoriya əyalətinin Wangaratta şəhərindəki Anqlikan Kilsəsi tərəfindən işlənilən Sankt- Jones Yaşlılar Kəndində 7 nəfər qrip üzündən öldü.

Həyatını itirənlərin şəxsiyyətləri haqqında hər hansı bir açıqlama verilmədi ancaq qrip qurbanlarının 70-94 yaş aralığında olduğu bildirilib.

Qrip səbəbiylə ölümlərin ötən bir neçə həftə ərzində baş verdiyini bildirən DHHS rəsmiləri, 200 kadr və 146 yaşlının olduğu kənddə 123 yaşlının qripdən təsirləndiyi ifadə etdi.

Qripdən əziyyət çəkən 13 yaşlının hələ də xəstə olduğunu vurğulayan rəsmiləri bir həftə ərzində mərkəzə kənardan kimsənin görməyəcəyini və virusun başa çatandan dərhal sonra kompleksin ümumi nəzarətdən keçiriləcəyini bildirib.

Virusun nəzarət altına alınması və infeksiyanın qarşısını almaq üçün müəssisə rəhbərliyi ilə iş birliyi içində, sıx tədbir tətbiq etdiklərini açıqlayan DHHS, vəziyyətin nəzarət altında olduğunu qeyd edib.

İnterpress.az