Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, avqustun 31-də saat 19:00 radələrində Xaçmaz rayonunun Yergüc kəndində rayon sakinləri Ənvər Abdullayevin idarə etdiyi “VAZ-2106” və Sahib Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Nəticədə Ə. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az