Dəhşəti yaşadı! Özünə gələndə internetdən tanış olduğu adam boğazını kəsirdibackend

Dəhşəti yaşadı! Özünə gələndə internetdən tanış olduğu adam boğazını kəsirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə dəhşətli bir hadisə baş verdi. Mark Canavagh, internetdə tanış olduğu adam tərəfindən yatırıldı. Ayılanda hər yeri qanlar içərisində və görüşdüyü adam boğazını kəsirdi.

Canavagh özünə gələndə üzərində yalnız bir dəsmal vardı və hər yeri qan içində idi.
Lund, yavaş-yavaş qurbanının boğazını kəsirdi. Dəhşətli hadisənin fərqinə varan Canavagh, adamla döyüşərək əlindən xilas olur. Olduqları dairədə onu itələyərək əlindən qaçmağı bacardı. Bu qorxulu səhnələr təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Binadan çıxan kimi küçədə insanlardan yardım istəyən Canavagh, xəstəxanaya qaldırıldı. 2 həftə müalicə görən adamın boğazına və bədəninin müxtəlif yerlərinə düz 32 tikiş qoyuldu.

Lundun 37 il əvvəl yük maşını sürücüsünü öldürmək cinayətindən axtarışda olduğu təsdiq olundu. Yaxalanan adam 27 il həbsə məhkum edildi.

İnterpress.az