Hindistanda İnək Kəsmək İstəyən 4 Arakanlının Linç Edilməsi İstənilibbackend

Hindistanda İnək Kəsmək İstəyən 4 Arakanlının Linç Edilməsi İstənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın şimalındakı Haryana ştatında Qurban Bayramı münasibətilə inək kəsmək istəyən Arakanlı Müsəlman ailələr təcavüzə məruz qaldı. Çıxan hadisələrdə Arakanlı 4 nəfər yaralanıb.
Haryanaya bağlı Mujeri kəndində yaşayan Arakanlı Müsəlman 45 ailə, dini ibadətlərini yerinə yetirmək üçün qurbanlıq olaraq iki inək aldı, ancaq inəklərin Hindu inancında müqəddəs sayılması səbəbilə bölgədəki Hind kəndlilər vəziyyətə reaksiya göstərdi.

Arakanlı Müsəlman Şakir Əhməd, aralarında pul toplayaraq aldıqları inəklərin kəsilməsinə qarşı çıxan Hind kəndlilərə, qurbandan imtina etdiklərini, inəkləri aparıb bazarda satacaqlarını dediklərini danışdı.
Buna baxmayaraq, 15-20 Hind kəndlinin yaşadıqları bölgəyə gələrək inəkləri sərbəst buraxdığını bildirən Əhməd, kəndlilərin Arakanlı Müsəlmanları linç etmək cəhdində 4 nəfərin yaralandığını dilə gətirdi.

Ölkədə yaxın dövrdə, xüsusən Müsəlman azlıq, heyvanları kəsim yerlərə apardıqları və ət yedikləri səbəbilə çox sayda nifrət hücumuna məruz qalmışdı.
Cüneyd Xan adlı 16 yaşlı Müsəlman gənc, iyun ayında Mathura şəhərindən Yeni Delhiye qatarla səyahət edərkən yanında ət daşıdığı bəhanəsi ilə bir qrupun bıçaqlı hücumuna məruz qalmış və həyatını itirmişdi.
Əhalinin əksəriyyətini Hinduların təşkil etdiyi ölkədə bir çox əyalətdə inək öldürməyi həbslə cəzalandıran qanunlar mövcud. Bu tip aktlar Müsəlman azlığın dini borcu qurban kəsməyə də qadağan etdiyindən ictimai ixtilafa səbəb olur.

İnterpress.az