İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın, Cənubi Koreyanın raket daşıma tutumu üzərindəki məhdudiyyətlərin qaldırılması və bu ölkəyə milyardlarla dollarlıq yeni silah alveri məsələsində prinsipdə razılıq verdiyi bildirilib.
Ağ Evdən edilən iki ayrı yazılı açıqlamada, Trumpın Şimali Koreyanın 3 sentyabrdakı hidrogen bombası sınağına qarşı Cənubi Koreya Dövlət Başçısı Mun Jae və Almaniya Baş Naziri Angela Merkel telefon danışıqları apardığı, liderlərin Şimali Koreya təhlükəsinə qarşı birgə davranış içində olunduğu bildirilib.
Trump-Moon görüşündə Şimali Koreyanın bütün dünyaya qarşı bir təhdid yaratdığına qeyd edildiyi bildirilən açıqlamada, \”İki lider, əllərindəki bütün vasitələrdən istifadə edərək Şimali Koreya üzərindəki təzyiqinin artırılması məsələsində anlaşdı\”.
Açıqlamada, ABŞ ilə Cənubi Koreya arasında birgə hərbi gücünün artırılmasının da gündəmə gəldiyi ifadə edilərək, \”Sədr Trump, Cənubi Koreyanın raket daşıma tutumu üzərindəki məhdudiyyətlərin qaldırılması məsələsində prinsipdə razılıq verib. Sədr Trump eyni zamanda ABŞ-dan Cənubi Koreyaya milyardlarla dollarlıq silah alveri məsələsində də konseptual olaraq razılıq verib\”- məlumatı bölüşdürülüb.
Trump ilə Merkel arasındakı görüşə dair bəyanat isə \”Hər iki lider, Şimali Koreyanın davam edən biganə və təhlükəli addımını pisləyiblər. Birləşmiş Millətlər Təşkilatı (BMT) yanındakı yaxın koordinasiyanın əhəmiyyətinə diqqət çəkdilər. Sədr Trump, bu son təxribatın, yalnız beynəlxalq ictimaiyyətin Şimali Koreyanın qadağa aksiyalarına qarşı qərarlığını artırmağa xidmət edəcəyini vurğulayıb\”.
Görüşdə Şimali Koreyaya qarşı bütün variantların masada olduğunu ifadə edildiyi də qeyd olunub.
Şimali Koreyanın 3 sentyabr günü qitələr arası balistik raket uyğun hidrogen bombası sınağı etdiyi bildirilmiş, Birləşmiş Millətlər Təhlükəsizlik Şurası (BMGK) məsələ ilə bağlı təcili iclas çağırmışdı. İclasda Çinin BMT-dəki Daimi Nümayəndəsi Liu Jieyi, Şimali Koreyanın hidrogen bombası sınağına münasibətin, \”Çin, Koreya Yarımadasında xaos və müharibəyə heç vaxt imkan verməyəcək\”.-bəyanatını etmiş, ABŞ-ın BMT Daimi Nümayəndəsi Nikki Haley isə \”Şimali Koreyanın raketlərini sui-istifadə etməsi və nüvə təhdidləri müharibə üçün yollar açır. ABŞ heç vaxt müharibə istəmir ancaq ölkəmizin səbri də tükənməz deyil\”- demişdi.
Şimali Koreyanın son nüvə sınağının, 2006-dan bu yana bu ölkənin həyata keçirdiyi 6-ci nüvə sınaq olduğu bildirilir.
İnterpress.az