İnterpress.az Anadolu Ajansına istinadən xəbər verir ki, Mersinin mərkəzi Yenişəhər küçəsində yerləşən polis məntəqəsinə bombalı hücum planlayan şəxsi polis əməkdaşları zərərsizləşdirə bilib. Mersin prokuroru Mustafa Ercan terrorçunun İŞİD üzvü olma ehtimalı üzərində dayanıldığını bildirib. Sağ ələ keçirilən terrorçunun üzərindəki bomba müsadirə edilərək zərərsizləşdirilib.
İnterpress.az