Kral, Danimarka Şahzadəsinin xəstəliyini açıqlayıbbackend

Kral, Danimarka Şahzadəsinin xəstəliyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kral Sarayı mətbuat bürosundan edilən açıqlamada, Şahzadə Henrik Demensiya (lat. dementia – ağılsızlıq) xəstəliyinə yaxalandığı qeyd edilərək, qarşıdakı dövrdə knyazın kral vəzifə və öhdəliklərindən azad tutulacağı, ətrafındakı qoruma və nəzarət tədbirlərinin artırılacağı açıqlandı. Şahzadə Henrik son 3 il ərzində özünün saraydakı mövqeyi üzərində bəzi narazılıqlarını dilə gətirmiş, bundan bir neçə həftə əvvəl də öldüyü zaman kraliçanın yanına basdırılmaq istəmədiyini deməsi gündəmə gəlmişdi.

Fransız əsilli olan Şahzadə Henriyə son bir neçə ay ərzində geniş demensiya müayinələrinə tabe tutulduğu açıqlanıb və mətbuatdan, knyazın ehtiyacı olan sakitliyə hörmət etməsi tələb olunub.

İnterpress.az