İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Misir ordusu, 8 il aradan sonra ABŞ ilə \”Bright Star 2017 (Parlaq Ulduz)\” adlı birgə hərbi təlim keçirəcəyini bildirib.
Misir ordusundan edilən yazılı açıqlamada, \”Parlaq Ulduz\” təliminin ölkənin şimal-qərbindəki El-Alemeyn bölgəsində yer alan Məhəmməd Nəcib hərbi bazasında 10-20 sentyabr tarixlərində reallaşdırılacağı bildirildi.
Ortaq təlimin təhlükəsizlik əməkdaşlığının yanaşı, terrorizm və ekstremizmlə mübarizə məsələlərini əhatə edəcəyi bildirilən açıqlamada, \”Sonuncusu 2009-da həyata keçirilən Parlaq Ulduz hərbi təlimi, Misir ilə ABŞ arasında strateji və təhlükəsizlik sahəsindəki əlaqələri gücləndirməyi hədəf\”-ifadələri istifadə edildi.
ABŞ ilə Misir arasında 1981-ci ildən etibarən hər iki ildən bir keçirilən sözügedən hərbi təlim, Misir Prezidenti Hüsni Mübarəkin xalq qiyamından devrilməsinin ardından ortaya çıxan siyasi qarışıqlıq səbəbindən 2011-də ləğv edilmiş, 2012-də ilk seçilmiş prezidenti olan Mursinin başa keçməsinin ardındanda bir daha keçirməmişdi.
İnterpress.az