İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Arakanlı Müsəlmanların yaşadığı Rakhine bölgəsində Myanma ordusu tərəfindən davam etdirilən toqquşmadan ailəsiylə birlikdə qaçan 110 yaşlı Abil Rəhman, Whiteek Ulubonia sərhəd nöqtəsindən Banqladeşə mühacirət edib. Övladlarının çiynində daşıdığı Rəhman, təhlükəsizlik zonasına gətirilib. Arakandakı dəhşətlə bağlı danışan Rəhman, \”Minlərlə qadının zorakılığa məruz qaldığını gördüm\”-dedi.
110 yaşında məmləkətini tərk edən Ai Rəhman,\” İllərdir Arakanda təzyiq gördüm. Ancaq bu dəfə keçirilən hücumları kimi, daha əvvəl heç görməmişdim. Minlərlə qadının zorakılığa məruz qaldığını, evlərimizi atəşə verildiyi, kişilərin qətlə yetirildiyi gözümlə gördüm. Mən həyatımın son zamanlarını nə olursa orada qalmaq istədim. Uşaqlarıma siz gedin demişdim. Ancaq onlar məni buraxmadı. Çiyinlərində apardılar\” sözləri ilə duyğularını bölüşüb.
Rahman 8 gündür yolda olduğunu bildirərkən,\” 8 gündə gəlmişəm. Ötən 8 gün dağlarda, meşələrdə və ya bəzən tarlalardan kedik. Yolda yüzlərlə cəsəd gördüm\” dedi.
Böyük mübarizədən sonra ailəsiylə Banqladeşə girməyi bacaran Ai Rəhman \” Allaha şükürlər olsun. Banqladeş xalqına çox təşəkkür edirəm\” ifadələrini qeyd edib.
İnterpress.az