Katalon Parlamenti Müstəqillik referendumuna gedirbackend

Katalon Parlamenti Müstəqillik referendumuna gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya Parlamenti 1 oktyabrda reallaşacaq olan Müstəqillik Referendumu üçün səsvermə keçirib.

Barselonada 12 saat davam edən gərgin müzakirələrin ardınca parlamentdə əksəriyyət referenduma səs verib və qanuni olaraq yeni bir dövlət qurmaq üçün yetəri qədər səs toplayıb.

Müstəqilliyə qarşı çıxan bəzi deputatlar parlamenti tərk edib. Səsvermədən sonra, yerli sədr Carles Puigdemont rəhbərliyi Katalon milli himni səslənib.

İspaniya hökuməti, İspaniya konstitusiya məhkəməsinə görə referendumun etibarsız elan edilməsi lazım olduğunu bildirib. İspaniya konstitusiyasına görə, ölkəni parçalayacaq heç bir təşəbbüs qəbul edilmir.

İnterpress.az