Miras Üçün Salvador Dalinin Qızı Olduğunu İddia Edib, DNT Testi Yalanını Üzə Çıxardıbackend

Miras Üçün Salvador Dalinin Qızı Olduğunu İddia Edib, DNT Testi Yalanını Üzə Çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Məşhur İspan rəssamı Salvador Dalinin, Mariya Pilar Abel Martinez atası olmadığı ortaya çıxdı.

İspan qəzeti El Paisin Gala-Salvador Dali Fondu rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, 23 iyul tarixində məzarı açılan Salvador Dalinin qalıqlarına edilən atalıq testinin nəticələri mənfi çıxıb. Toksikoloji İnstitutu tərəfindən aparılan DNT testiylə, Pilar Salvadorun 1904-1989-ci illərdə yaşayan qızı olmadığı aydın oldu.
Figuerasta 1956-da doğulan Pilar Abel, anası ilə Katalon rəssamın 1955 gizli bir birgə yaşadıqlarını və anasının bir çox dəfə ona atasının Dali olduğunu dediyini iddia etmişdi. Pilar Abel Martinez apardığı hüquqi mübarizə nəticə, rəssamın Figueras qəsəbəsində yerləşən Dali-Tiyatro Muzeyindəki qəbiristanlığı məhkəmə qərarı ilə açılmışdı.

Pilar Abel, atası olduğunu iddia etdiyi məşhur rəssamın soyadını götürmə və mal varlığının 3-də 2-nə malik olmağı tələb edirdi.

İnterpress.az