Fındıq yağı – İçindəki E vitamini sayəsində qaraldıcı yağlar arasında dəriyə asan sorulur və dərinin nəm balansını qoruyur.
Kakos yağı – Olduqca sadə tərkibli kakos yağı saç və dəriyə çox effektli təsir edir.
Zeytun yağı – Dərini təravətləndirir və parlaqlıq verir. Zeytun yağının tərkibində E, K, A və D vitaminləri həm faydalı, həm də qaraldıcı təsirə malikdir.
Avakado yağı – Dəri məsamələrini açır, nəmləndirir və qaraldıcı təsirə malikdir. Tərkibindəki A vitamini hüceyrələrin yeniləməsini təmin edir.
Buğda toxumu yağı – Tərkibində E, D və A vitaminləri olan buğda toxumu yağı bədəni günəş şüalarının zərərli təsirindən qoruyur. Eyni zamanda dərini sağlam şəkildə qaralda bilir.
Dazotu yağı – Dəriyə ləkə salmadan qaraldır. Dəmləməsini içmək də faydalıdır . Belə ki, dazotu dəmləməsi gölgədə də ləkəsiz qaraldır.
İnterpress.az