İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, hədiyyələr arasında, pələng və gepard xəzindən başqa qılınc, sədəf inkrustasiya örtüklü bir gümüş xəncər, tapança dəstəyi də var. Xatırladaq ki, Trump seçki kampaniyası zamanı rəqibi Hillari Klintonun Səudiyyə Ərəbistandan ianə qəbul etməsinə reaksiya göstərərək, \”Bunlar qadınları öldürən, qadınlara dəhşətli şəkildə davranan insanlar\” demişdi.
Donald Trump həmçinin Səudiyyə Ərəbistanının insan haqları reyestrini tənqid etmişdi. Qeyd edək ki, səfər zamanı ABŞ ilə Səudiyyə Ərəbistanı 110 milyard dollarlıq silah müqaviləsi imzalayıb. ABŞ-ın bu sahədəki ən böyük müştərisi Səudiyyə Ərəbistanına 10 ildə 350 milyard dollarlıq silah satacağı bildirilir.
İnterpress.az