İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ ilə yaşanan çətinliklərə baxmayaraq, Exxonmobil ilə işləməyə davam edəcəklərini vurğulayaraq \”Exxonmobilin keçmiş şefi, ABŞ Xarici İşlər Naziri Reks Tillersonın mənfi addımlarına baxmayaraq iş birliyi davam edəcək. Dostluq Ordeni verdiyimiz Tillerson, zamanla özünə pis bir dairə seçib. Dostluğun küləyi sayəsində Tillersonın sonunda doğru yolu tapacağını ümid edirəm\” -dedi.
Putin, Şimali Koreya ətrafında formalaşan böhrana da toxunaraq ABŞ rəhbərliyinin, yüksələn siyasi təzyiqi salma istəyini gördüklərini bildirib.
Böhranın həllində yalnız diplomatiyanın istifadə edilməsi lazım olduğunu təkrarlayan Putin, \”Kimsənin, vəziyyətin daha da pisə getməsini istəmədiyini bilirik\”-dedi.
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən sosial media saytı Facebook üzərindən paylaşılan bir videoda, Rusiya tərəfindən boşaldılan San-Fransisko Konsulluğu binasının FBI agentləri tərəfindən axtardığı iddia edilmişdi.
Rusiya Xarici İşlər Nazirliyi Sözçüsü Mariya Zaxarova da bir müddət əvvəl verdiyi açıqlamada, ABŞ-ın Rus diplomatik müəssisələrində axtarış aparmaq qərarını qeyri-qanuni bir mövqe kimi qiymətləndirmişdi.
İnterpress.az