Macron:”Türkiyə Aİ-dən uzaqlaşdı, amma münasibətlər qorunmalıdır”backend

Macron:”Türkiyə Aİ-dən uzaqlaşdı, amma münasibətlər qorunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Macron, Türkiyənin son aylarda Aİ-dən uzaqlaşdığını, ancaq əlaqələrin kəsilməməsi lazım olduğunu söylədi.

Fransa Prezidenti Emmanuel Macron, Türkiyə və Avropa Birliyi arasında (Aİ) bir çatın yaranmasını arzu etmədiyini bildirərək, \”Türkiyə, birlikdə qarşı – qarşı qaldığımız bir çox böhranda, xüsusilə qaçqın böhranı və terror təhdidinə qarşı önəmli bir ortaq\”-dedi.

Macron, Prezident Rəcəb Tayyib Ərdoğan ilə mütəmadi ünsiyyətdə olduqlarını qeyd edib.

Türkiyə və Aİ arasında miqrant anlaşma haqqında Macron, \”Türkiyə-Aİ arasındakı köçkün müqaviləsi müsbət nəticələr doğurur. Bu nəticələr, xüsusilə köçkün böhranında ilk başdan əsas problemlə üzləşən Yunanıstanın üzərindəki təzyiqi azaltmaq üçün təsirli\”.

Macron, qaçqın böhranının uzunmüddətli problem olduğuna diqqəti çəkərək, \”Bir yolu bağladıqda Aralıq Dənizdə başqa bir yol açılır. Bizə sığınan, bizə möhtac olan miqrantları, qeyri-qanuni və iqtisadi miqrantlardan ayırmağımız lazımdır\”-şərhini etdi.

İnterpress.az